Rusiya Prezidenti Vladimir Putin sentyabr ayında ikinci COVID-19 peyvəndinin hazırlanacağını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Putin "Rossiya 24" telekanalına müsahibə verib.
"Digər bir peyvənd sentyabr ayında hazır olacaq. Vaksin Novosibirskdəki Vektor İnstitutu tərəfindən hazırlanır", - prezident qeyd edib.
O, yeni peyvəndin ilk elan edilən "Sputnik V" ilə rəqabət apara biləcək səviyyədə olduğunu bildirib.
Rusiya lideri ilk peyvəndin qızı üzərində sınaqdan keçirildiyini açıqlayıb. O, qızının səhhətinin yaxşı olduğunu və normal həyatına davam etdiyini söyləyib: "Hər şey qaydasındadır. Tanrıya şükür ki, özünü yaxşı hiss edir. Qızımın qanında virusa qarşı antikorlar var", - Putin vurğulayıb.
Qeyd edək ki, Moskvada yerləşən Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat İnstitutu tərəfindən hazırlanan "Sputnik V" adlı peyvənd avqustun əvvəlində ölkə tərəfindən qeydiyyata alınıb.
Oxu24.com
ŞƏRHLƏR