Yaponiyanın Fujita Sağlamlıq Universitetinin alimləri koronavirusun müalicəsində aşağı səviyyədə istifadə edilən ozon terapiyasının müsbət nəticələr göstərdiyini bildiriblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ozon terapiyasının yeni növ koronavirus partiküllərini təsirsiz hala gətirdiyi məlum olub. Bu müalicə metodu ilə xəstəxanaların dezinfeksiyasına başlanılıb. Alimlərin sözlərinə görə, ozon qazının insan sağlamlığı üçün zərərsiz qəbul edilən milyonda 0,1, ya da 0,5 səviyyədə istifadəsi virusu yox edə bilər.
Tədqiqatçılar COVID-19 nümunəsi ilə möhürlənmiş otaqda ozon generatoru istifadə edərək təcrübə aparıb. 10 saat ərzində ozon konsentrasiyası tətbiq edilib ki, bu da virusun yayılmasını 90 faiz azaldıb. Ozon üsulu ilə yeni terapiya üsulunun xəstəxanaların koronavirusdan təmizlənməsində effektiv olduğu qənaətinə gəlinib:
“Daimi və aşağı səviyyədə ozon konsentrasiyası ilə virusun yoluxuculuğunu insanların olduğu məkanlarda belə aşağı sala bilər. Xüsusilə yüksək nəmli şərtlərdə effektivdir. Artıq Aiçi əyalətindəki xəstəxanada xəstə otaqlarında və gözləmə salonlarında infeksiya səviyyəsini aşağı salmaq üçün ozon generatorları qurulub”.
Bir çox xəstəlik mikrobunun təsirsiz edilməsində ozonun effektivliyi sübut olunsa da, aşağı miqdarda səviyyəsinin insan səhhətinə potensial zərəri ortaya çıxmışdı.
Oxu24.com
ŞƏRHLƏR