Şərqi Aralıq dənizində Türkiyəyə qarşı təxribatçı addımlar atan Yunanıstandan bölgədə gərginliyi artıran açıqlamalar gəlməkdə davam edir.
Oxu24.com-uın məlumatına görə, Fransa, İtaliya, Yunanıstan və Cənubi Kipr ordularının Şərqi Aralıq dənizində ortaq təlimlər keçirəcəyi bildirilir.
Birgə təlimlər 26-28 avqust tarixlərini əhatə edəcək.
Fransa Müdafiə Nazirliyinin açıqlamasına görə, təlimdə fransız ordusunun 3 döyüş təyyarəsi və vertolyotlarla yüklənmiş bir freqatı iştirak edəcək.
Oxu24.com
ŞƏRHLƏR