Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38155
az

Azərbaycanda 647 meşəbəyi işdən çıxarıldı

09:2026 Avqust, 2020
361
CƏMİYYƏT
  • A

"2019 və 2020-ci ilin 7 ayı ərzində 647 meşə gözətçisi işdən çıxarılıb. Onların əvəzinə yeniləri təyin olunub. Bununla bağlı çox ciddi iş aparılır".

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, araşdırma zamanı məlum olub ki, meşədə ağacların qırılmasında bəzən öz gözətçilərimiz də digər şəxslərlə əlbir olublar. Yaxud da onların səriştəsizliyi səbəbindən bu cür hallar baş verir:

"Ölkədə il ərzində 64 min kubmetr odun tədarükünə ehtiyacı var. Burada söhbət Təhsil Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və ucqar regionlarda yaşayan əhalinin tədarükündən gedir. Azərbaycan bu sahədə çox böyük irəli addım atıb. Artıq ölkəmizin 96 %-ı qazlaşdırılıb. Bununla belə digər qazlaşmayan ucqar kəndlərin, dediyimiz müvafiq qurumların təchizatı üçün odun tədarükü vacibdir. Bu prosesdə həm odun, həm də içlik materiallar əldə edilir. Onların da bir sıra müəssisələrə satışı həyata keçirilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Manafa itki üz verdi -Yemək yedikləri yerdə qəfil öldü
Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür
Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi

Belçikanın Baş naziri bulvarda qaçdı- Fotolar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü