Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımovanın qızı ilə “O Səs Türkiyə”nin qalibi Elnur Hüseynov yaradıcılıqlarındakı uzunmüddətli sükutu pozaraq yeni layihələrini təqdim edib.
Oxu24.com xəbər verir ki, “Dəniz ver” adlı duet qısa müddətdə böyük marağa səbəb olub. Kompozisiyanın orijinallığını, ifaçıların fərqli ifa tərzi və səs rəngi dinləyicilər tərəfindən olduqca bəyənilib. Eyni zamanda cütlüyün arasında sevgi qığılcımlarının yarandığı iddiaları yayılıb.
İlqarə Kazımova bu barədə instaqramda açıqlama yayıb. O, Elnur Hüseynovla eşq yaşamadığını, sadəcə dost olduqlarını desə də, gələcəkdə sevgli ola biləcəklərini istisna etməyib:
“#DenizVer adlı mahnımıza göstərmiş olduğunuz diqqətə görə bütün media nümayəndələrinə və xoş rəylərinizlə bizi ruhlandırdığınız üçün siz hörmətli izləyicilərimizə dərin təşəkkürümüzü bildirmək istəyirəm! O ki qaldı Elnurla mənim aramda sevgi münasibəti olması haqda deyilənlərə... Biz sadəcə dostuq. Hələ ki..
Oxu24.com
ŞƏRHLƏR