Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38051
az

Maska taxanlar xəstəliyi yüngül və əlamətsiz keçirir?

22:3323 Avqust, 2020
550
TİBB
  • A

Pandemiya dövründə tibbi-cərrahi maskalar taxanlar koronavirusa yoluxanda xəstəliyi yüngül formada keçirirlər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Kaliforniya Universitetinin alimləri apardıqları araşdırmanın nəticələrinə əsasən bu qənaətə gəliblər. Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Monika Gandi bildirib ki, maska ​​taxan insanların immun sistemləri virusun öhdəsindən asan gəlir, onlara daha az koronavirus hissəcikləri yoluxur. Məlum olub ki, bu maskalar təkcə başqa insanları qorumaq üçün deyil, həm də taxan şəxsin özünü qoruyur və xəstəliyi daha yüngül keçirməsinə yardım edir. Monika Gandi araşdırmanın nəticələrinə əsasən vurğulayıb ki, adamlar hətta çox sağlam olduqları, özlərini yaxşı hiss etdikləri vaxtlarda da maskadan istifadə etməlidirlər. Araşdırmaya görə, məhz maska taxılan yerlərdə koronavirsusu əlamətsiz, yəni çox yüngül keçirənlərin sayı həddən artıq çoxdur. ABŞ-ın Oreqon ştatında bir müəssisənin işçiləri məcburi olaraq maska taxdıqlarına görə orada yoluxanların 90 faizində əlamətlər müşahidə edilməyib.

Bundan başqa, Çin alimlərinin maska ilə bağlı siçanlar üzərində aparıqları tədqiqat da maskaların virusdan qoruyucu olduğunu deməyə əsas verir. COVİD-ə yoluxan siçanlarla sağlam olan heyvanların yerləşdirldiyi qonşu qəfəslərin arası tibb maskalarla pərdələnib. Məlum olub ki, siçanların çoxu koronavirusa yoluxmayıb, yoluxan heyvanlarda isə çox yüngül əlamətlər müşahidə edilıib. Bu isə qəbul olunan virus yükü ilə əlaqələndirilir. Məlum nəzəriyyəyə görə, orqqanizm nə qədər çox virus qəbul edərsə, xəstəlik bir o qədər ağır keçrir. Maska isə qopruyucu rol oynayaraq daha çox virusun orqanizmə keçməsmini qarşısını alır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Ruslar ən çox bu sosial şəbəkədən istifadə edir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qayda pozmaları həyatlarına son qoydu