Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.
APA-nın məlumatına görə, Abşeron Rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayev barəsində qərar verəcək.
Əlavə edək ki, İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.
Oxu24.com
ŞƏRHLƏR