Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37939
az

Bakıda özünü polis kimi təqdim edən şəxsin ŞOK ƏMƏLLƏRİ - FOTO/VİDEO

09:4921 Avqust, 2020
512
KRİMİNAL
  • A

Bakıda gənc xanım dələduzluqla üzləşib.

Şikayətçi G.Muradova bildirir ki, Şirinov Vüqar Ağamirzə oğlu adlı şəxs onun etibarından sui-istifadə edərək 75 min 500 manatadək pulunu ələ keçirib.

Onun sözlərinə görə, Vüqar Şirinovla 2018-ci ilin sonunda tanış olub. V.Şirinov onunla evlənəcəyini vəd edib:

“Vüqar Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) əməliyyat müvəkkili işlədiyini, əvvəlcə kapitan, sonradan isə mayor rütbəsində zabit olduğunu bildirirdi. O, mənimlə görüşə polis formasında da gəlmişdi.

Mənə bildirdi ki, şəhid ailəsi olduğuna görə sosial evləri ucuz qiymətə ala bilir. Sosial evlərdə mənzil almaq vədi ilə məndən hissə-hissə, (15 min, 15 min və 6 min olmaqla ) ümumilikdə 36 min manat pul aldı. Ancaq nə mənzil aldı, nə də pulu qaytardı”.

G.Muradova qeyd edir ki, V.Şirinov növbəti dəfə onu aldadıb:

“Sonra mənim “Hummer” markalı avtomobilimi 25 min manata almaq istədiyini dedi. Mən razılaşdım, amma bir müddət sonra dedi ki, maşının mühərrikində problem var, notariatda əsas etibarnamə ver ki, məsələni həll edim. Mən də onun dediyini etdim. Ancaq sonradan öyrəndim ki, maşını başqa adama satıb və “Hummer” lombardda girovdadır”.

Şikayətçi bildirir ki, V.Şirinov növbəti dəfə ondan qardaşını Türkiyə səfirliyində işə düzəltmək adı ilə pul alıb:

“Qardaşımın işə düzəltməsi üçün iyun ayında ona ümumilikdə 15 min manat da verdim. Bundan sonra isə tamamilə yoxa çıxdı, telefonlarına zəng çatmadı. Öyrəndik ki, Vüqar bizdən başqa şəxslərə qarşı da belə əməllərə yol verib. Hətta onun ailəli olduğu da üzə çıxdı”.

G.Muradova bildirir ki, tez-tez telefon nömrəsini dəyişsə də, Vüqarla əlaqə saxlaya bilib:

“Mənə dedi ki, sənə borcum yoxdur. Əlimdə video, səs yazısı və fotolar olduğunu dedikdən sonra isə məni hədələməyə başladı. O, müxtəlif instaqram profillərindən mənə yazaraq görüşə çağırır, öldürəcəyi ilə hədələyir. Hesab edirəm ki, telefonda olan sübutlara görə narahatdır və onların silinməsinə nail olmaq istəyir. Vəziyyət o yerə çatıb ki, onun hədə-qorxuları ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə də müraciət etmişəm”.

Şikayətçi bildirir ki, V.Şirinov Gülüstan Ağayeva adlı qadınla əlbir hərəkət edir:

“Həmin qadını mənə anası kimi təqdim edərək, elçi gələcəyini demişdi. Hazırda da həmin qadınla birlikdə yaşayır. Dəfələrlə həmin qadın mənimlə əlaqə saxlayaraq, problemlərin həll olunacağını bildirib və Vüqardan şikayətçi olmamağımı istəyib”.

G.Muradova sonda əlavə edir ki, həm hədələnməsi, həm də qarşılaşdığı ümumilikdə 75 500 manatlıq dələduzluq faktı ilə bağlı ərazi üzrə polis şöbəsinə ərizə ilə müraciət edib:

“Şöbədən bildirdilər ki, ərizədə V.Şirinovun BMCMİ adından istifadə etdiyi qeyd edildiyi üçün, məsələ həmin idarə tərəfindən araşdırılır və əlavə məlumat veriləcək”.

"Report" məsələ ilə bağlı Vüqar Şirinovla əlaqə saxlamaq istəsə də, telefonuna zəng çatmayıb, Gülüstan Ağayeva isə zənglərə cavab verməyib.

"Report" mövzu ilə bağlı DİN-ə sorğu ilə müraciət edib. DİN-dən bildirilib ki, məsələ araşdırıldıqdan sonra cavab veriləcək.(Report)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbə faciəvi şəkildə ÖLDÜ
Bakıda “Tesla” ağır qəza törətdi- Ölən var - Video
Bakıda 42 yaşlı qadın qətlə yetirildi

Ölü quşlardan dron düzəltdilər

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin — MÖCÜZƏVİ MƏHSUL
Tələbə faciəvi şəkildə ÖLDÜ