Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37807
az

Kurskda həkimlər diri qadını morqa atdılar, sabahı gün isə...

19:3718 Avqust, 2020
397
TİBB
  • A

Kursk bölgəsindəki Qorşeçenski Mərkəzi Regional Xəstəxanasının həkimləri səhvən öldüyünü düşünərək bir xəstəni meyitxanaya göndəriblər. Ertəsi gün qadının diri olduğu məlum olub.

Oxu24.com xəbər verir ki, baş vermiş hadisə ilə bağlı yoxlamalar aparılır. İndi qadın Kursk klinik xəstəxanadadır.

"Kurskie İzvestiya” qeyd edir ki, qadın qarın ağrısı şikayətləri ilə tibb müəssisəsinə müraciət edib. Əvvəlcə həkimlər bağırsaq keçilməzliyindən şübhələnib, sonra onda şiş və metastaz müəyyən edilib. Əməliyyat edilib. Elə bu zaman da klinik ölüm baş verib. Qadın 30-40 dəqiqə reanimasiya edildi. Sonra isə ölü hesab edilərək morqa göndərilib.

Qeyd olunur ki, diri qadını yerli həkim tapıb. Səhiyyə sistemindəki bir mənbə deyib ki, qurumda beyin fəaliyyətini qeyd edən avadanlıq yoxdur, buna görə ölüm faktını dəqiq müəyyənləşdirmək mümkün deyil.

Bildirilir ki, xəstənin "ölümünü” qeyd edən reanimator yaranmış vəziyyətə görə sarsıntı keçirib və streslərdən bir neçə dəfə huşunu itirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu