Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla Belarusdakı hadisələri müzakirə edib.
Oxu24.com xəbər verir ki, Fransa tərəfinin başlatdığı söhbət əsnasında Vladimir Putin Belarus rəhbərliyinə təzyiq göstərməyin yolverilməz olduğunu vurğulayıb.
Eyni zamanda, hər iki lider yaranmış problemlərin tez bir zamanda həll olunmasında maraqlı olduqlarını bildiriblər.
Bundan əlavə, Putin və Makron Liviya böhranını da müzakirə ediblər.
Oxu24.com
ŞƏRHLƏR