Sumqayıt sakini özünü dənizə atıb.
APA TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.
Oxu24.com
ŞƏRHLƏR