Cənubi Avstraliya Universitetindəki Sağlamlıq Mərkəzinin alimləri siqaret çəkməyin insan həyatını neçə il azaltdığını müəyyən ediblər.
Publika.az Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna görə mütəxəssislər 150 min şəxsin məlumatlarını təhlil ediblər. Nəticədə müəyyən edilib ki, hər siqaret çəkimi insanın bir neçə təhlükəli xəstəliyə yoluxma riskini 30 faiz artırır.
Eyni zamanda bu vərdişdən bir neçə il ərzində imtina etməsələr, emfizema (ağciyərdə genişlənmə və fəsadlar) xəstəliyinə yoluxma riski 17 dəfə artmış olur.
Bu xəstəlik xroniki obstruktiv ağciyər xəstəlikləri qrupuna aiddir. Bundan əlavə, siqaret çəkmək ateroskleroz və ağciyər xərçəngi riskini səkkiz dəfə artırır.
Avstraliya alimləri siqaret çəkənlərin çəkməyənlərlə müqayisədə 10 il tez öldüyünü müəyyən ediblər.
Oxu24.com
ŞƏRHLƏR