Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37702
az

Yeni Təhsil nazirindən dərslər barədə MÜHÜM AÇIQLAMA

16:0017 Avqust, 2020
508
CƏMİYYƏT
  • A

"Hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir".

Oxu24.com  xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin iştirakı ilə keçirilən onlayn konfransda deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır.

Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi  təqdirdə COVİD-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların  nəticələri  barədə məlumat verib.

O, təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib.

Qeyd edilib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib. 

Bildirilib ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün umumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər müzakirə olunur. Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsəduyğun hesab edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?
Qırğız Respublikasının Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib
Bu vitaminlər xərçəng riskini ARTIRIR

Ölü quşlardan dron düzəltdilər

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin — MÖCÜZƏVİ MƏHSUL
Tələbə faciəvi şəkildə ÖLDÜ