Bu gün, Gürcüstanda virusa yoluxmuş 15 nəfər barədə açıqlama verilib.
Oxu24.com xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Klinikasının tibbi rəhbəri, Marine Ezuqbaia açıqlama verib.
O deyib ki, yoluxanlardan 9-u kantin rejimi tətbiq olunan Mestiya Bələdiyyəsinə səyahət edənlərdir:
"Son 24 saat ərzində virusa yoluxan 15 nəfərdən 9-u karantin rejimi tətbiq olunan Mestiya Bələdiyyəsinə səyahət edən şəxslərdə aşkar olunub, 4-ü virus daşıyıcıları ilə təmasda olan şəxslərdir, 1-i isə ölkəyə xaricdən daxil olan yük avtomobilinin sürücüsüdür, bir nəfərin isə yoluxma mənbəsi hələ bilinmir, epidemoloqlar hal hazırda axtarışdadır”, - deyə Ezuqbaia bildirib.
Qeyd edək ki, hal-hazırda ölkə üzrə 334 pasyent koronavirusla əlaqədar müalicə alır.
Oxu24.com
ŞƏRHLƏR