Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37587
az

Baş nazir Əli Əsədov qərar imzaladı

15:4815 Avqust, 2020
490
SİYASƏT
  • A

Baş Nazir Əli Əsədov Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2021-2025-ci illər üçün açılması barədə qərar imzalayıb.

Oxu24.com  xəbər verir ki, Nazirlər Kabineti Konstitusiyanın 119-cumaddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2020-ci ildə kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin müddətinin başa çatdığını və 2021-2025-ci illər üçün onların yenidən çap edilməsi zərurətini nəzərə alaraq qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yeni təsərrüfatbaşına uçot sənədlərini çap etdirərək, 2020-ci il noyabrın 1-dək müvafiq bölgü əsasında Azərbaycan Respublikasının rayon (şəhər) icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılmasını təmin etsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2021-2025-ci illər üçün yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etsinlər.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yeni təsərrüfatbaşına uçot sənədlərinin çapının 2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevlə Ərdoğanın səmimi dialoqu - VİDEO
Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək
Siyavuş Novruzov: "Namizəd ola bilməyəcəyim haqda xəbər yalandır"

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı