Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37490
az

Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib

20:1113 Avqust, 2020
270
CƏMİYYƏT
  • A

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib.

 

Layihə çərçivəsində Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər, batalyon komandirləri və gənclərin iştirakı ilə 100-dən çox video-çarx hazırlanıb.

 

Çəkilişlərdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, dövlətimizin başçısının daxili və xarici siyasəti, ordumuzun Tovuz istiqamətində erməni təxribatına qarşı apardığı döyüşlər, şəhid olan hərbçilərimizə göstərilən rəğbət və ehtiram, orduya ümumxalq dəstəyi ifadə edilib. Məcburi köçkünlər - ağsaqqallar, ziyalılar, fəallar, müharibə veteranları və digər sosial qrupların nümayəndələri Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini, ölkəmizin gücü və nüfuzunun daha da möhkəmlənməsi üçün ölkə başçısının ətrafında birləşməyin vacibliyini bildiriblər.

 

Video-çarxlarda eyni zamanda antimiilli qruplaşmaların mahiyyəti, xüsusən, belə qruplaşmaların sosial şəbəkələrdəki fəaliyyəti, onların yalan və iftiralarının ifşasının vacibliyi, gənc nəslin sağlam ruhda tərbiyəsinə diqqətin artırılması və s. məsələlər barədə ətraflı söhbətlər aparılıb. Bununla yanaşı, 90-cı illərin əvvəlində Azərbaycanda mövcud olan siyasi rəhbərliyin yarıtmaz fəaliyyəti, hakimiyyət üzərində mübarizə, orduda vahid komandanlığın olmaması və nəticədə ərazilərimizin işğalına səbəb olan faktorlara münasibət bildirilib.

 

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu ilin əvvəlindən daha bir sosial layihəyə - “Əsgərə Salam” hərbi vətənpərvərlik aksiyasına start verib. Layihənin keçirilməsində məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Hazırda həmin layihə də davam edir.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?
Qırğız Respublikasının Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib
Bu vitaminlər xərçəng riskini ARTIRIR

Ölü quşlardan dron düzəltdilər

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Xəzər dənizində naməlum varlıq görüldü –İNSANLAR QORXU İÇİNDƏ…
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin — MÖCÜZƏVİ MƏHSUL
Tələbə faciəvi şəkildə ÖLDÜ