Münxen klinikasının həkimi, dermatoloq, tibb elmləri doktoru Timm Qolük bildirib ki, rəngli tualet kağızı ziyanlıdır və allergen kimi təsir edir.
Həkimin sözlərinə görə, o, tez-tez anal ekzemadan əziyyət çəkən insanları müalicə edir. Bu xəsətəlik zamanı anal bölgəsinin dərisi qıcıqlanmış olur, xəstəni yanma və qaşınma hissi narahat edir.
“Bunun səbəbi göbələk və ya bakterial infeksiya ola bilər. Lakin digər çox yayılmış səbəb rəngli tualet kağızından istifadədir”, - mütəxəssis xəbərdarlıq edib.
Saglamolun.az Fitbook nəşrinə istinadla bildirir ki, rəngli tualet kağızının tərkibində olan boyaq maddələri dərini qıcıqlandırır, allergik reaksiyalara səbəb olur.
Həmçinin həkim bildirib ki, tərkibində aromatizatorlar olan tualet kağızından da istifadə etmək təhlükəlidir. Aromatizatorlar dəriyə boyaq maddələrdən də pis təsir edir.
Həkimin sözlərinə görə, nəm tualet kağızı sterillik təmin etsə də dərini infeksiyalara qarşı daha həssas edir.
Mütəxəssis adi ağ rəngli və tərkibində aromatizatorları olmayan tualet kağızından istifadə etməyi tövsiyə edir.
Oxu24.com
ŞƏRHLƏR