Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37192
az

Uşaqlığın mioması

23:0008 Avqust, 2020
579
TİBB
  • A

Uşaqlığın mioması hormondan asılı olan, uşaqlığın əzələ qişasından və birləşdirici toxuma elementlərindən inkişaf edən xoşxassəli şişdir. Qadın xəstəlikləri arasında uşaqlığın mioması qadın cinsiyyət üzvlərinin iltihabi xəstliklərindən sonra ikinci yeri tutur. Şişin morfoloji quruluşundan, onun tərkibində olan əzələ və birləşdirici toxuma elementlərinin nisbətindən asılı olaraq uşaqlığın miomasını fibroma yaxud fibromioma da adlandırırlar.
Etiologiyası:
Etiologiyası tibbə tam aydın deyil. Lakin xəstəliyin inkişafında steroid hormonların böyük rol oynadığı qeyd olunur. Uşaqlığlın hormonu olan esterogenin metobolik çevrilməsinin pozulması, eləcə də esterogenin fraksiyalarının nisbətən dəyişməsi uşaqlığın selikli qişasında morfoloji dəyişikliyə səbəb olur. Esterogenlərin təsiri nəticəsində miometriumun saya əzələ hüceyrələrinin hipertrofiyasının baş verməsi nəticəsində miometriumun kütləsi böyüyür. Uşaqlığın digər hormonu progesteron da endometriumu stimulyasiya edir. Bu hormonların patoloji təsir mexanizminin miomanın inkişafında rolu olduğu söylənilir. Miomanın inkişafı və böyüməsi uşaqlığın reseptor aparatının vəziyyətindən asılıdır. Yumurtalıqların funksiyasının dəyişməsi də uşaqlığın miomasının patogenezində əsas rol oynayır. Mioması olan xəstələrin 60% hallarda yumurtalıqlarında da kistoz dəyişikliklər baş verir.
Miomanın inkişafında əsas rol oynayan risk amilləri arasında ilk aybaşının gec və çox olması, tibbi abortların tezliyinin yüksək olması, qadın cinsiyyət üzvlərinin xroniki iltihabi xəstəlikləri durur. Xəstəliyin baş verməsində irsi amillərin də rolunun böyük olduğu qeyd edilir.
Diaqnozu:
Diaqnozun qoyulmasında əsas rol USM, KT və ginekoloji müayinə üsulları böyük rol oynayır.
Müalicə şişin ölçüsündən, xəstəliyin gedişatından, xəstəyə təsir dərəcəsindən asılı olaraq konservativ və cərrahi üsulla aparılar bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var