Bakıdan rayonlara gediş-gəliş bu ay açıla bilər.
Oxu24.com -un xəbərinə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, avqustun 24-dən rayonlara gediş-gəlişin açılması müzakirə olunur:
“Hələlik bu barədə qərar yoxdur. Amma bu qərarların verilməsi üçün qaydalara əməl olunmalı, yoluxma sayı artmamalıdır.
Əgər qaydalara əməl olunmaması nəticəsində yoluxma sayı artarsa, bu yumşalmalarla təxirə salına bilər".
Oxu24.com
ŞƏRHLƏR