Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37135
az

Prezidentin köməkçisi açıqladı:  Baş nazirin rəhbərliyi ilə bu gün keçiriləcək

11:1608 Avqust, 2020
271
SİYASƏT
  • A

“Avqustun ayının 5-dən artıq yumşalmalara başlanılıb”.

Oxu24.com -un  məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, artıq bir neçə gündür, vətəndaşlar çimərliklərdən istifadə edir:

“Növbəti həftə atılacaq addımlarla bağlı da dünən qərar açıqlanıb. Addımlar tədricən həyata keçirilir. Bu addımların həyata keçirilməsi bir çox digər ölkələrin təcrübəsinə uyğundur. Açılma nəticəsində virusa yoluxma riski artır. Bu bütün ölkələrdə narahatlıq doğurur.

Bütün bunları nəzərə alaraq Azərbaycanda addım-addım yumşalmalara gedəcəyik. Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür.

Bizim qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısımı almaqdır. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına əməl etməkdir. Bu, ən vacib məsələdir. Bu hər birimizdən asılıdır.

Qaydalara əməl etsək, yoluxmanın sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulan qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılacaq. Bunun yükü hökumətin üstünə düşür.

Bu gün Baş nazirin başçılığı ilə böyük iclas keçiriləcək. Bütün icra başçılarına müvafiq tapşırıqlar veriləcək. Üçüncü virusa yoluxanları tez aşkar etməkdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevlə Ərdoğanın səmimi dialoqu - VİDEO
Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək
Siyavuş Novruzov: "Namizəd ola bilməyəcəyim haqda xəbər yalandır"

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı