Xüsusilə yay aylarında daha böyük problemə çevrilən ayaq qoxusuna qarşı bu fərqli metodu sınaqdan keçirə bilərsiniz.
Ayaq qoxusu bu bölgədə qidalanan bakteriyaların törəməsi və onların əmələ gətirdiyi qoxu nəticəsində ortaya çıxır. Bu qoxuya qarşı təsirli olduğu deyilən metodlardan biri də araq ilə ayaqların təmizlənməsidir. Tərkibində alkoqol olduğu üçün antiseptik və quruducu xüsusiyyətə malik olan araqdan bir bez parçası vasitəsilə ayağınızı silmək üçün istifadə edə bilərsiniz. Arağın tərkibindəki alkoqol göbələyə səbəb olan bakteriyaları öldürür, dərinizdəki izafi nəmdən xilas olmanızı təmin edərək bakteriyaların törəyə bilməyəcəyi qədər quru mühit yaradır.
Ancaq alternativ müalicə metodlarına müraciət etmədən əvvəl bu barədə həkiminizdən məsləhət almağı da unutmayın.
Oxu24.com
ŞƏRHLƏR