Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37021
az

“Çox böyük arzuları vardı, kaş ki yarımçıq qalmazdı” - Polad Həşimovun ailəsi ilə söhbət

20:1906 Avqust, 2020
392
CƏMİYYƏT
  • A

Ermənistanın növbəti təxribatı nəticəsində iyulun 13-dən 14-ə keçən gecə general-mayor Polad Həşimovun qəhrəmanlıqla şəhid olmasından 24 gün keçir. 

Şəhidin anası Səmayə Həşimova və bacısı Kəmalə xanım "MediaPost”a Polad Həşimovla bağlı xatirələrini bölüşüblər. 

Oğlunun evdəki davranışları barədə danışan Səmayə Həşimova onu belə xatırlayır: 

"45 yaşı olmasına baxmayaraq, evə gələndə başını tumarlamağımı, "mənim balam” deməyimi xoşlayırdı. Balacalıqdan tapança ilə oynayardı. Çox şıltaq uşaq idi, bu da ona şirinlik verirdi. Şıltaqlığına görə də onu çox istəyirdim. Evə gələndə uşaqlarla oynayardı, sonra evdə işlər görərdi. Həmişə ondan narahat qalmışam, xüsusilə də Aprel döyüşlərindən sonra. Çünki həmin döyüşlərdə yaralanmışdı, bu hadisədən sonra mənə çox çətin idi, dözə bilmirdim.
Səngərdə əsgər kimi öndə, qərargahda general kimi əsgərinin arxasında!

Əsgərlərini çox istəyirdi, həmişə deyirdi ki, bir əsgərim yaralananda elə bilirəm ki, bir ömrüm gedib. Yəqin şəkillərini görmüsünüz, həmişə əsgərlərinin yanında olub. General olmasına baxmayaraq, hansı əsgərin yanına gedirdisə, axşam olanda orada qalıb səngərdə yatırdı. Deyirdi ki, övladlarım evdədir, anaları da onlara qulluq edir, nazını çəkir. Amma mənim əsgərlərim evdə deyil, səngərdədir, anaları da yanlarında deyil. Çalışırdı ki, onların yeməyi yaxşı olsun. Belə oğlan idi general. 

"Həm anamsan, həm də atam” 

Onun atası rəhmətə gedib, ona görə həmişə hamıya deyirdi ki, mənim atam da budur, anam da. Ailəcanlı idi oğlum. Bütün valideynlər övladlarını çox istəyir, lakin Polad başqa cür ata idi. O, öz istəyini övladlarından gizli saxlasa da, onları hədsiz sevirdi. Həmişə deyirdi ki, uşaqları ciddi qaydada böyütmək lazımdır, çətinliyə öyrəşib möhkəm olsunlar”. 

"O, qələbəni görmək istəyirdi” 

Polad Həşimovun bacısı Kəmalə xanım qardaşı ilə olan uşaqlıq xatirələrindən danışaraq, onun arzularını bölüşüb:

"Mən onu heç vaxt qol qaldırıb oynayan görməmişəm. Heç öz toyunda da rəqs etməyib. Çox böyük arzuları vardı, kaş ki yarımçıq qalmazdı. O, qələbəni görmək istəyirdi. Bayrağımızı işğal olunmuş torpaqlarda görmək istəyirdi. Mən ölənə kimi belə qardaşla fəxr edəcəyəm. İnanıram ki, bu millət də heç vaxt onu unutmayacaq. Çünki Polad qəhrəmandır, qəhrəmanlarsa bir ölər, min dirilər. Onlar unudulmazlar. Vaxt hələ belə qəhrəmanları yetişdirəcək. 

"Yaxşı, gəl oynayaq, udmayacağam səni” deyib, yenidən bacısına qalib gələn balaca Polad!

Aramızda iki yaş fərq olduğuna görə bir-birimizlə dost idik. O da dəcəl idi, mən də. Birlikdə çox gözəl xatirələrimiz var. Evdə nə sınırdısa, xarab olurdusa, deməli Poladla mənim işim idi. Çünki mənim böyük bacım və balaca qardaşım sakit uşaq idilər. Yaxşı nərd oynamağı vardı, mənə də o öyrətdiyinə görə indi mən də yaxşı oynayıram. Dərslərini də yaxşı oxuyurdu, Sumqayıtda riyaziyyat fənni üzrə olimpiada yarışlarında ikinci yeri tutmuşdu. Dərslərini tez hazırlayırdı ki, sonra uzun-uzadı nərd oynaya bilək. Elə olurdu ki ard-arda uduzurdum, bir dəfə, iki dəfə, üç dəfə... Axırda əsəbləşib onun qısa saçından yapışırdım, o da mənim uzun saçımdan tuturdu. Beləcə, mübahisə edirdik. Beş dəqiqədən sonra "yaxşı, gəl oynayaq, udmayacağam səni” deyirdi. Barışırdıq. Çox yumşaq ürəyi vardı, maraqlı xarakterli adam idi. 

 "O, 17 yaşında evdən çıxıb, 42 yaşına, son gününə kimi Vətənə xidmət elədi”

Mən Polad haqqında saatlarla danışa bilərəm, lakin gərək onu şəxsən tanıyardınız. O, bir gecədə əfsanəyə dönmüş adamdır. Həmin gecə neçə illik fəaliyyətinin nəticəsi olaraq onu tanıdınız. Bildiniz ki, doğrudan da belə bir qəhrəman yaşayırmış. Kaş ki belə insanları sağlığında tanıyaq. Onun nə qədər problemi olsa da, üzü həmişə gülürdü. Onu narahat edən məsələləri heç kimə demirdi. Elə mehriban idik ki, sanki onun bacısı yox, qardaşıyam. Axırıncı dəfə evə gələndə zarafat eləmişdik, gülüşünü hələ də xatırlayıram. Çox yaxşı münasibətimiz vardı, sadəcə evdən uzun müddət uzaq olduğu üçün gec-gec görüşürdük. Mən Bakıda işləyirəm, o bizə gələndə də işlərinə görə evdə çox qala bilmirdi. O, 17 yaşından evdən çıxıb, 42 yaşına, son gününə kimi də Vətənə xidmət elədi”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı