Yaponiyada müsəlmanlar Qurban bayramını qeyd etmək üçün paytaxt Tokyonun ən böyük məscidi olan"Tokyo"ya toplaşıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, temperaturu ölçülərək məscidə buraxılan insanlara məsafə saxlamaları, maskadan istifadə etmələri və gigiyenik qaydalara əməl etmələri tövsiyə olunub.
Məscidin imamı Məhəmməd Rüfət Çinar iki dəfə bayram namazı qıldırdıqdan sonra yapon, ərəb, ingilis və türk dillərində xütbələr oxuyub.
Qeyd edək ki, pandemiya səbəbindən fevral ayının sonundan bağlanan "Tokyo" məscidi iyunun əvvəlindən ibadət üçün açılıb.
ŞƏRHLƏR