Çində ötən sutka ərzində yeni növ koronavirusa daha 138 nəfər yoluxub.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, yeni yoluxma hallarından 127-nin aktiv formada, 11-nin isə simptomsuz formada olduğu bildirilir.
Məlumata əsasən, aktiv formada olan yoluxma hallarının 123-ü ölkə daxilində, 4-ü isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.
Qeyd edilir ki, ötən sutka ərzində ölkədə koronavirusdan ölən olmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 84 922 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.
Oxu24.com
ŞƏRHLƏR