Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36367
az

Azərbaycanda avtomobil kreditləri bahalaşıb

18:4025 İyul, 2020
468
CƏMİYYƏT
  • A

Bu ilin III rübü ərzində Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi artıb.

Oxu24.com xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından APA-ya verilən məlumata görə, cari ilin iyulun 1-nə milli valyutada verilən avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 18%, ABŞ dolların verilən kreditlər üzrə isə 16% təşkil edib.

Xatırladaq ki, bu il aprelin 1-nə eyni kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi müvafiq olaraq 17% və 15% səviyyəsində olub. Bu da öz növbəsində əvvəlki rübün yekunu ilə müqayisədə 1 faiz bəndi artım olmasını əks etdirir.

Məlumata əsasən, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 22%, ABŞ dollarında 11% təşkil edib. Aprelin 1-nə bu göstəricilər müvafiq olaraq 22% və 10% olub.

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər (yaşayış sahəsinin alınmasına və tikintisinə verilmiş kreditlər istisna olmaqla) üzrə orta faiz dərəcəsi bu müddətdə dəyişməyərək manatda 21%, dollarda 13%, kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatda 23%, dollarda 11%, digər valyutalarda 14%( aprelin 1-nə müvafiq olaraq 23%, 10% və 14%) təşkil edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Manafa itki üz verdi -Yemək yedikləri yerdə qəfil öldü
Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür
Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi

Belçikanın Baş naziri bulvarda qaçdı- Fotolar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
"Real"ın 19 yaşlı futbolçusu karyerasını bitirdi
Qaxda ağır qəza - Azyaşlı öldü