Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36338
az

ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

12:3725 İyul, 2020
640
SON DƏQİQƏ
  • A

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyulun 27-30-na ölkə ərazisində gözlənilər hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a  verilən məlumata görə, iyulun 27-30-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

İyulun 27-28-də Azərbaycanın bəzi  şimal və qərb rayonlarında, ayın 29-dan 31-dək isə əksər rayonlarda  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə  5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından  qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş Prokurorluq rəsmi məlumat yaydı:Havvaxanım həbs edilib
Azərbaycanın Tailanddakı səfiri dəyişdi- Sərəncam
TƏCİLİ! Gürcüstanda helikopter qəzaya uğradı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı