Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35811
az

"Ola bilərmi mən bu koronavirusu bir neçə ay əvvəl öncə keçirmişəm?" sualına MÜTƏXƏSSİSDƏN CAVAB

19:4918 İyul, 2020
607
TİBB
  • A

Məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov yeni tip koronavirusla bağlı uzun müddətdir səsləndirilən sualları qeyd edib.

Oxu24 xəbər verir ki, mütəxəssis bir çox insanın virusu daha əvvəl yüngül əlamətlərlə və ya tam əlamətsiz keçirə bildiyini yazıb.

“Ola bilərmi mən bu koronavirusu bir neçə ay əvvəl öncə keçirmişəm? Ola bilərmi ayaqüstü sağalmışam? Mən hansı analizlə bunu öyrənə bilərəm? Bəli ola bilər. İnsanlar bunu qanda koronavirus antitel testlərindən biri olan COVID-19 IgG analizini yoxlatmalıdır. IgG xəstəlik meydana gələndən minimum 14 gün sonra yaranır, ona görə də diaqnostik test deyil. Bu analiz keçmişdə karonavirus infeksiyasının keçirilib-keçirilmədiyini göstərir. IgG müsbət nəticə versə, ehtimal olunur ki, xəstədə COVID-19-a qarşı immunitet var. Amma bu nə dərəcədə və hansı müddətə həmin insanı qoruyur, hələ ki, bilinmir. Tədqiqatlar davam edir”, - həkim qeyd edib.

Ş.Məmmədov bildirib ki, buna görə də IgG nəticəsi müsbət olan insanlar digər insanlar kimi özünü qorumağa davam etməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı