Bir aydan çox koronavirusdan müalicə alan Bəhram Bağırzadə "Instagram” hesabında paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, paylaşımda deyilir:
"Hələlik nə bacardımsa, şəklini çəkdim. Hamıya təşəkkürlər!”
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.
Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Oxu24.com
ŞƏRHLƏR