İnsanlara xidmət etmək və onlara dəyər vermək - İlahi peyğəmbərlərin (ə) və vəsilərin tövsiyələrindən biri olmuşdur. İnsan bəzən xoş söz vasitəsilə, bəzən gözəl əxlaq nümayiş etdirərək insanlara xidmət edə bilər.
Uca Allah buyurur: "İnsanlarla xoş dillə danışın". ("Bəqərə" 83).
Əziz Peyğəmbərimiz (s) buyurur: "Əgər Allahın sizə yardım etməsini istəyirsinizsə, siz də mömin qardaşınızın halına kömək edin".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İshaq ibni Əmmar nəql edir: "İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim bu evi (Kəbəni) bir dəfə təvaf edərsə, Allah ona min həsənə yazar. Min günahını məhv edər. Onu min dərəcə yuxarı qaldırar. Behiştdə onun üçün min ağac əkər. Onun üçün min qul azad etməyin savabını yazar. Behiştin səkkiz qapısını onun üzünə açar.
Sonra ona deyər ki, hansı qapıdan istəyirsənsə, daxil ol".
Həzrət Cəfər Sadiq (ə) İshaqa buyurur: "Sənə o şeydən xəbər verimmi ki, bunlardan daha fəzilətlidir?".
İshaq deyir: "Bəli".
Həzrət (ə) buyurur: "Hər kim mömin qardaşının hacətini yerinə yetirər, Allah onun üçün təvafın, təvafın /və bu yolla on dəfə təvaf sözünü təkrar edir/ (savabını) yazar".
Oxu24.com
ŞƏRHLƏR