Gəncədə daha bir həkim koronavirusdan dünyasını dəyişib.
Bu barədə məlumatı həkimin kolleqaları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən uşaq nevroloqu Kəmalə Dəhqani virus səbəbindən vəfat edib:
“Biliyini bölüşməyi bacaran, gözəl insan, çöhrəsindən təbəssüm əskik olmayan zəhmətkeş ana, qayğıkeş nənə Kəmalə xanımı itirdik. Allah rəhmət etsin, ailəsinə səbr versin!”
Oxu24.com
ŞƏRHLƏR