Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34946
az

SON DƏQİQƏ! 4 yüksək rütbəli polis koronavirusa yoluxdu

18:1008 İyul, 2020
645
  • A

 
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bir neçə əməkdaşı koronavirusa yoluxub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovda da koronavirus aşkarlanıb. 

Bundan başqa, Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının 7-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşı, polis mayoru Fərman Xəlilov, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi, Milli Məclisin deputatı Elman Məmmədovun oğlu Elşad Məmmədovun test nəticələri pozitiv çıxıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya bildirib ki, DYP əməkdaşları arasında da koronavirusa yoluxma qeydə alınıb:

"Hazırda koronavirusa yoluxmuş bəzi əməkdaşlar xəstəxanada müalicə olunur. Sağalıb işə qayıdanlar da var. Polis əməkdaşları mütəmadi olaraq testdən keçirilir".

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovun həyat yoldaşı, Bakı Slavyan Universitetinin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova bir neçə gün əvvəl COVİD-19-dan dünyasını dəyişib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi