Biləsuvar rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə polis polkovnik-leytenantı Nəsib Məmmədov təyinat alıb.
Nəsib Məmmədov bu təyinata qədər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Biləsuvar RPŞ-nin əvvəlki rəisi, polis polkovniki Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub. Əlyəddin Səfərov 5 il əvvəl bu vəzifəyə təyin edilmişdi.
Oxu24.com
ŞƏRHLƏR