Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34595
az

Nə üçün Yasin surəsinə Quranın qəlbi deyirlər?

21:5004 İyul, 2020
567
CƏMİYYƏT
  • A

Hədislərdə buyurulur ki, hər şeyin qəlbi (ürəyi) var, Quranın da qəlbi Yasin surəsidir. Qəlb insanın həyatını təmin edən, ona həyat, dirilik verən üzvdür. Yasin surəsi də İslam dininin əqidə əsaslarını özündə xülasə edən bir surədir. Digər surələrdən fərqli olaraq, burada dinimizin əqidə əsasları kifayət qədər ətraflı şəkildə izah edilir. Surənin əvvəlində Həzrət Mühəmmədin (s) peyğəmbərliyi təkid edilir, sonra keçmiş ümmətlərə göndərilən elçilərin əhvalatı təsvir olunur. Surənin növbəti bölümündə Allah-Taalanın ayətləri sadalanır, Günəş, Ay kimi göy cisimlərindən söz açılır. Bununla da tövhid mövzusu ortaya gətirilir. Daha sonra qiyamət günündən danışılır, mömin və kafir bəndələrin axirətdəki yeri açıqlanır, məhşər gününün mənzərəsi canlandırılır. Beləliklə, bu surədə İslamın üç əsas əqidə prinsipi (üsulüd-din) - tövhid, nübüvvət və məad şərh edilir. Buna görə Yasin surəsinə Quranın qəlbi deyirlər.

Bu adın mənasını bildirən başqa izahlar da vardır ki, bunlar barədə ətraflı məlumatı dini kitablardan əldə etmək olar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yağışlar Azərbaycanda qida qıtlığına səbəb olacaq? -RƏSMİ AÇIQLAMA
Hacıqabulda 42 yaşlı kişini ilan sancdı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Yarasaların gözəllik müsabiqəsi keçirilir

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi