Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34538
az

İnfeksionist: Daha sərt karantin tətbiq edilməlidir - Vəziyyət ağırlaşa bilər...

09:2604 İyul, 2020
658
REDAKTORUN SEÇİMİ
  • A
Redaktor.az İnfeksionist: Daha sərt karantin tətbiq edilməlidir - Vəziyyət ağırlaşa bilər... Sağlamlıq 09:07 04.07.2020 100 "Əgər xüsusi karantin rejmi dönəmində yoluxma sayı azalmasa, daha sərt karantin rejimi tətbiq edilməlidir". Bu sözləri Redaktor.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə sərt karantin rejiminin koronavirusa yoluxma hallarına təsiri barədə danışarkən deyib. “Hazırda ölkədə 500-dən çox yoluxma faktı qeydə alınır. Bu, Azərbaycan üçün yüksəkdir. Əgər xüsusi karantin rejmi dönəmində yoluxma sayı azalmasa, daha sərt rejim tətbiq edilməlidir. Əks halda həqiqətən ölkədə vəziyyət nəzarətdən çıxacaq. Amma hələlik ümidsizliyə qapılmaq olmaz. Qaydalara əməl olunarsa, son qərarlar sayəsində yoluxma sayını azaltmağa nail ola bilərik", - deyə V. Cavadzadə bildirib. O qeyd edib ki, hərarət, boğaz ağrısı, quru öskürək, ürək bulanma, nəfəs darlığı müşahidə olunarsa, dərhal təcili tibbi yardıma zəng edib, məlumat verməlidir: “Həkim gələnə qədər isə xəstə çoxlu maye qəbul etməli, hərarət salıcı peraparatlardan istifadə etməlidir. Həmçinin, evdə başqa şəxslər də varsa, mütləq şəkildə maska taxmalı, məsafə saxlamalıdır. Bir sözlə, özünü təcrid etməlidir. Xəstə həkimin məsləhəti olmadan antibiotiklər qəbul etməməlidir. Əgər qəbul edərsə, bunun əks təsirləri ola, hətta şoka da düşə bilər”. V. Cavadzadə açıq havada da maska taxılmasının vacib olduğunu bildirib: “Açıq havada da maska taxmaqla bağlı qərar qəbul edilməlidir. Çünki küçədə masksız gəzən insaların virus daşıyıcısı olub-olmadığını bilmirik. Təsadüfü ünsiyyət nəticəsində də virusa yoluxa bilərik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! FHN Xəzər dənizinə helikopter göndərdi
Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib