Şahin Mustafayev Milli Koordinator vəzifəsindən azad edildi
Prezident İlham Əliyev “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamının 1-ci hissəsindən Şahin Abdulla oğlu Mustafayevin adı çıxarılır.
Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir.
Oxu24.com
ŞƏRHLƏR