Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34500
az

Prezidentin köməkçisi rayonlararası hərəkətin nə vaxt açılacağına aydınlıq gətirib

18:3003 İyul, 2020
623
SİYASƏT
  • A

“Rayonlara gediş-gəlişlə bağlı məsələ müzakirə olunurdu. Lakin epidemioloji sahədə ixtisaslaşan insanların əsas fikri ondan ibarətdir ki, istənilən epidemiyanın qarşısını almaq üçün o epidemiyanın lokallaşdırılması və izolyasiya olunması ilə həyata keçirilir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, pandemiyanın qarşısının alınması üçün hər bir virusa yoluxan insanın tapılması və izolyasiya olunması, özünütəcridi təmin edilməlidir: “Bunu etməsək, pandemiya daim davam edəcək. Təsəvvür edin ki, 10 nəfər xəstələnibsə, onun 9-u sağalıb, 1 nəfər qalıbsa, o artıq 13 gündür xəstədir, 14-cü gün sağalacaq, o adam həmin gün gedib marketdə 10 nəfəri də yoluxdursa, bu o deməkdir ki, biz yenidən ilk günə qayıtdıq.

Bu, çox vacib məsələ olduğu üçün rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi kimi bir şeydir. Bu zaman virus bütün rayonlara yayılacaq, onun nəzarətə götürülməsi də çətinləşəcək. Başa düşürəm ki, bu, hamını narahat edən məsələdir, amma bir az dözümlü olmaq lazımdır ki, koronavirusun yayılmasının qarşısı alınsın, lokallaşdırılsın, insanlar özünü təcrid etsin. Müəyyən səviyyəyə endikdən, narıncı zonanın sarı zona statusunu almasından sonra təbii ki, rayonlararası hərəkət də açılacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edildi
Bu komissiyanın tərkibində dəyişiklik edilib
Əliməmməd Nuriyev namizədliyini geri götürdü

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib