Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34479
az

Bakıda kriminal avtoritet qətlə yetirilib - FOTO

12:4403 İyul, 2020
1158
KRİMİNAL
  • A

Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.  

Oxu24.com -un  məlumatına görə, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

Qeyd edək ki, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. 

***

saat 10:41

İyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Suraxanı rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. //APA

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusarda narkotik bitkilər məhv edilib
Azərbaycanda deputatlığa namizəd adam bıçaqladı
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib