Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34467
az

Bəy öz toyunda 80 nəfəri koronavirusa yoluxdurdu - 2 gün sonra öldü

11:1603 İyul, 2020
424
REDAKTORUN SEÇİMİ
  • A

Koronavirusa yoluxan bəy öz toyundan iki gün sonra öldü.

"BakuPost"un məlumatına görə, Hindistanda bəy öz toy mərasimində 80 qonağı koronavirusa yoluxdurub. Əslində ölkədə toy mərasimləri virusun yayılmasının qarşısını almaq məqsədi ilə qadağan edilib.

Ancaq Paliqanc şəhərindəki gəncin ailəsi hökumətin bu qərarını qulaqardı edib. Ailə heç öz övladlarının da xəbərdarlıqlarına qulaq asmayıb.

İxtisasca mühəndis proqramist olan gənc hələ may ayından özünü pis hiss etməyə başlayıb. gün keçdikçə 30 yaşlı şəxsin vəziyyəti daha da pisləşib. Koronavirusun bütün əlamətləri onda müşahidə edilib.

O ailəsindən toyu təxirə salmalarını istəyib. Ailə gəlinin yaxınları ilə məsləhətləşəndən sonra ona rədd cavabı veriblər. Mərasim üçün pul ödənildiyi üçün toy baş tutub.

Gizli keçirilən toya 300 qonaq toplaşıb. Əyləncədən iki gün sonra bəy ölüb. Onun meyiti tez yandırılıb. Lakin bir neçə gün sonra toydakı qonaqlarda da eyni əlamətlər baş qaldırıb.

Şəhər rəhbərliyi qonaqları testdən keçirəndən sonra mərasimə qatılan 80 nəfərin diaqnozu təsdiqlənib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! FHN Xəzər dənizinə helikopter göndərdi
Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib