Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34354
az

Həkim Sənan Mehdiyev : "Karantin kömək etmir, əksinə ..." - ÖZƏL

20:3401 İyul, 2020
14808
MÜSAHİBƏ
  • A

"Son zamanlar belə bir səhv fikir yaranmışdır ki, Azərbaycanda virus mutasiya olunub vƏ daha ağır formada keçir. Düşünürəm ki, bu səhv fikirdir. Yəni virus mutasiya olmayıb, sadəcə insanların immuniteti aprel və may aylarına nisbətən kəskin aşağı düşüb."

Bu sözləri Oxu24.com -a  açıqlamasında  tanınmış  həkim Sənan  Mehdiyev bildirib.

Onun  sözlərinə  görə,insanlarda  immunitetin düşməsinin  səbəbi son aylarda insanların karantin rejiminə görə evdə qalması, insanların təmiz havadan, günəş şüalarından məhrum olmasi və ən əsası da sosial və məişət problemləri ilə əlaqədar olaraq stres yaşamalarıdır. Belə olduğu halda da depressiya insanlarin bütün immunitetlərini məhv edir ki bu da yoluxma zamani xesteliyin daha da ağır vəziyyətdə keçməsinə səbəb olur.

Ümumiyyətlə bu halda keçirilən sərt karantin rejiminin əhəmiyyətsiz olduğunu düşünürəm. Çünkü onsuz da demək olar ki əhalinin çoxunun işləmə icazəsi var. Digərlərinin də  iki saat icazələri oldugundan yoluxma riskindən uzaq qala bilmirlər.

Bu halda əlavə postların qurulmasının və bu postlara əlavə polis əməkdaşların cəlb edilməsinin tamamilə yalnış olduğunu düşünürəm.

Hal hazırda dənizlərin, çimərliklərin, açıq hovuzların qadağan olması tam yanlış bir qərardır. Çünki   insanların təbii yolla immunitet qazanmağın tam vaxtıdır. Hamımız  yaxşı bilirik ki, günəş şüaları , dəniz suyu və təmiz hava qəbulu insan imunitetini möhkəmləndirir .   

Əgər bunu təbii yolla daha ucuz vasitələrlə etmək olarsa, niyə buna pul xərcləyib   kimyəvi yolla, dərmanlarla edək?  Onsuz da bu koronavirusun spesifik müalicəsi mövcud deyil, burda məqsəd yalnız immunitetin gücləndirilməsindən ibarətdir.

  
Ümumiyyətlə, karantin, virusun ilkin yayılmağa başladığı dövrdə əhəmiyyət kəsb edirdi, hansıki dğvlətimiz də bunu vaxtında etdi. Amma indiki dövrdə artıq karantinin ziyanı xeyrindən daha çoxdur.

Onsuz da şahidi oluruq ki  karantində yoluxma sayı azalmır və  500-dən çox olaraq qalır.  Ona görə də bu karantinə və izolyasiyaya vaxt itirməkdənsə, insanların sıx   toplaşdığı yerlərdə sıxlığın aradan qaldırılmasına dair işlər görülməlidir.

Məsələn: qapalı yerlərdə -  tibb mərkəzlərində, banklarda, marketlərdə,  nəqliyyatda ve başqa sosial qurumlarda əhalinin operativ xidmət göstərilməsi üçün işçilərin sayının artırılması və bununlada sıxlığın qarşısının alınması daha mentiqlidir.

Həmçinin də qurumlarda iş saatlarının dəyişilməsi yaxşı olardı ki, bu da əhalinin səhər və axşam yollarda və nəqliyyatda yaradan sıxlığın qarşısını almış olarıq.

Məsələn xəstəxanalar 8-də , banklar 8:30 -da , marketlər 9:00 və s. fəaliyyətə başlasalar, müvafiq olaraq iş saatının bitməsi də müxtəlif saatlarda baş verər. Yəni "ças-pik" tıxacları olmaz . İnsanların bir yerdə toplaşmasının (əsasən qapalı məkanlarda), sosial məsafənin gözlənməməsinin qarşısını almaq lazımdır. 

  
Əlbəttə ki, bəzi fəaliyyət bölmələrini hələ ki bağlı saxlamaq lazımdır. Buraya aiddir: qapalı yerlərdə keçirilən  idman zalları , təhsil müəssisələri və s. Amma açıq havadakı məkanlar buraya aid ola bilməz. 
Ümumiyyətlə düşünürəm ki, yoluxmanın sayına önəm vermək lazım deyil. Zatən biz yoluxma sayını düzgün təyin edə bilmirik. Real yoluxmanın sayı biz təyin etdiyimizdən qat-qat çoxdur. Sadəcə biz bütün insanları testdən keçirmədiyimizə görə bunu düzgün təyin edə bilmirik . Burada da əsas aksenti vəziyyəti   kritik olan, ağırlaşan  xəstələrin sayına yönəltmək lazımdır  .   Bu xəstəliyi yüngül keçirdənləri xəstəxanalara mecburi yerləşdirmək   düzgün deyil. Birincisi, bu,  xəstələrin mecburi karantindən qorxduqları üçün onların gec müraciət etməsinə səbəb olur. Çünki, fikir versəniz insanlar daha çox ağır vəziyyətə düşdükdən sonra   təcili tibbi yardım xidmətinə müraciət edirlər ki, bu da onların həyatını xilas etməyə   çətinlik törədir. Amma onlar bilsələr ki,   yüngül əlamətlərə görə məcburən xəstəxanada karantinə alınmayacaqlar,   daha erkən mərhələlərdə rahat müraciət edər və lazım olan düzgün müalicə tədbirlərini almış olarlar. Çünki hal hazırda sosial şəbəkələrdə əsassız dərman preparatların təbliğatı aparılır. Məsələn, Deksametazon dərmanı. Bəli, son agir mərhələlərdə onun   böyük əhəmiyyəti var və ölüm saytlarını azaldır. Amma onun ilkin mərhələlərdə vurulması qəti qadağandır. Çünki Deksametazon immuniteti aşağı salan bir preparatdır . Onu xəstəliyin ilkin mərhələsində və yaxud da yoluxmamış insanların profilaktik məqsədlə istifadəsi eksine onların virusa asanliqla yoluxmasına və daha da ağırlaşmasına səbəb olar.    

 
Bir həkim kimi hər bir vətəndaşa tövsiyəm odur ki, evinə kənardan daxil olarkən ilk növbədə duş qəbul etməli, burnunu ve  ağzını   fizioloji məhlulla və yaxud adi suyla   yaxalamalıdır . Bunları mütləq şəkildə etməliyik ki, üzərimizdə olan viruslardan   təmizlənək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı