Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34319
az

Sərt karantin rejimi tətbiq edilməyən rayonlarda toylara icazə verilir? - AÇIQLAMA

16:5101 İyul, 2020
550
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi dünə ölkədə 556 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə dünyasını dəyişib. Qeyd edək ki, Nazirlər Kabineti sərt karantin rejimi tədbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarında 5 iyul tarixindən daha 2 həftə sərt karantin rejiminin tətbiq olunmasının nəzərdə tutulduğu bildirilib. Belə olduğu halda bütün kütləvi tədbirlər yenidən təxirə salınıb. Son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri də toylara, yaslara və kütləvi yığıncaqlara qoyulan qadağadır.

Sərt karantin rejimi tətbiq olunmayan rayonlarda toy və yas mərasimlərinə icazə verilə bilərmi?

Məsələ ilə bağlı deputatlar Sonxeber.az-a açıqlama veriblər.

Deputat Aqil Abbas bildirib ki, Operativ Qərərgahın verdiyi qanun bütün respublika üzrədir. Çünki insanların hamısı testdən keçməyiblər və kimin daşıyıcı olub-olmadığı dəqiq bilinmir:

"Sadəcə həmin karantin olmayan rayonlarda xəstə yoxdur və yaxud bir-iki nəfərdilər. Onlar da karantinə alınıblar.

Amma insanlar toy və yasda bilmədən bir-birilərinə yoluxdura bilərlər".

Deputat qeyd edib ki, kənd yerlərində açıq havada az miqdarda insanların toy keirməsinə icazə verilməlidir və yəqin ki, veriləcək:

"İstəyərəm ki, açıq havalarda və müəyyən şərtlərlə toylar keçirilsin. Bildiyiniz kimi Türkiyədə 50 nəfərlik toya artıq icazə verilib".

Deputat Cavid Osmanov bildirib ki, dünən Operativ Qərərgah növbəti dövr üçün karantin rejiminin hansı bölgələrdə tətbiq olunacağını açıqladı və karantin rejiminin müddəti də uzadıld:

"Amma bu o demək deyil ki, karantin rejimi tətbiq olunmayan rayonlarda vətəndaşlar pandemiya dövründən əvvəlki kimi öz həyatlarını davam etdirə bilərlər. Virus sərhəd tanımır və Azərbaycanın bu şəhərində var və yaxud digər şəhərində yoxdur deyə bilmərik. Bu virus ölkələr arasında belə sərhəd tanımır, nəinki rayonlar arasında. Ona görə də digər rayonlarda da kütləvi toplaşmalar virusun daha çox yayılmasına səbəb ola bilər.

Belə ki, toy və yas mərasimlərinə Nazirlər Kabineti tərəfindən ümumilikdə qoyulan qadağalar çox doğru addımdır. Təkcə sərt karantin rejimi tətbiq olunan yerlərdə yox, bütün ölkə ərazisində o qaydalar hələ də davam etməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabiq deputat Hüseyn Abdullayev 5,5 milyon manatı leqallaşdırmaqda təqsirləndirilir
Yaponiya Bankı uçot dərəcəsini 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldırıb
Türk Hava Yolları Beyruta uçuşları dayandırdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib