Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34308
az

SON DƏQİQƏ!Azərbaycanda hamıya peyvənd vurulacaq, yoxsa... - AÇIQLAMA

15:2001 İyul, 2020
832
CƏMİYYƏT
  • A

Koronavirus pandemiyası yayıldığı gündən dünyanın nüfuzlu ölkələri və alimləri virusa qarşı peyvəndin hazırlanması istiqamətində çalışırlar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndin hazırlanması və tətbiqinin ilin sonuna çəkə biləcəyini bildirib. 

Bəs, peyvəndlər hansı formada tətbiq ediləcək: mərburi, yoxsa könüllü?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, heç bir halda insana məcburi şəkildə peyvənd vurmaq olmaz:

“Peyvəndin hazırlanması, onun test edilməsi prosesi çox uzundur. Hələki peyvəndlə bağlı dəqiq bir məlumat yoxdur. Peyvənd tapılsın, üzərində araşdırılma aparılsın, daha sonra dəqiq nəsə demək olar. Amma hər bir halda peyvənd hazırlansa belə, onu məcburi heç kimə tətbiq etmək olmaz. Çox güman ki, peyvəndin vurulması könüllü şəkildə olacaqdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı saytımıza açıqlamasında bu barədə danışmağın tez olduğunu bildirib:

“Dünyada peyvəndin hazır olacağı gözlənilir. Amma onun nə vaxt sınaqdan keçiriləcəyi və yaxud ölkəmizə nə vaxta gəlib çatacağı haqda dəqiq bir məlumat yoxdur. Yəni, hazırda bizdə bu gündəmdə deyil. Ona görə də peyvəndin necə və hansı qaydalarla olacağı barədə danışmaq tezdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabiq deputat Hüseyn Abdullayev 5,5 milyon manatı leqallaşdırmaqda təqsirləndirilir
Yaponiya Bankı uçot dərəcəsini 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldırıb
Türk Hava Yolları Beyruta uçuşları dayandırdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib