Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34296
az

Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım edib

12:5501 İyul, 2020
595
SİYASƏT
  • A

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

Bu barədə  Oxu24.com-a  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

“Məlumat üçün bildirmək istərdik ki, sözügedən təşkilat BMT Baş Assambleyasının müvafiq qərarı ilə fələstinlilərə birbaşa yardımın göstərilməsi və sosial xidmətlərin təmin edilməsi məqsədilə 1949-cu ildə təsis edilib.

UNRWA-nın əsas fəaliyyət sahələrinə səhiyyə, təhsil, humanitar yardım, sosial xidmətlər, düşərgələrin qurulması, infrastruktur və mikro maliyyələşmənin təmin edilməsi istiqamətlərində müvafiq layihələrin həyata keçirilməsi daxildir.

Hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranıb”, - deyə XİN-in məlumatında qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Çavuşoğlunu qəbul etdi - FOTO
Ceyhun Bayramov         Maltaya      getdi
Bu ölkələrin səfirləri Gürcüstan XİN-ə çağırıldı

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bakıda dəhşət! İt sahibini yedi