Videoblogger Ata Abdullayev blogger Sevinc Hüseynovanı məhkəməyə verib.
Oxu24.com xəbər verir ki, dünən Füzuli Rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə iddia xüsusi ittiham qaydasında icraata götürülüb və növbəti məhkəmə baxışı iyul ayının 6-na təyin edilib.
Məsələ ilə bağlı danışan Ata Abdullayev bildirib ki, S.Hüseynova ölkədə qarışıqlıq yaratmağa, nüfuzlu şəxsləri, o cümlədən onu ləkələməyə çalışır:
“O və onun kimi adamlar nəhayət başa düşməlidir ki, hamı qanun qarşısında bərabərdir. Mən onun həbsini tələb edirəm. Bu gün məhkəmədə ilkin baxış keçirildi və iddiam xüsusi ittiham qaydasında icraata götütüldü. İnanıram ki, məhkəmə obyektiv qərar verərək, ədaləti təmin edəcək”.
Oxu24.com
ŞƏRHLƏR