Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34188
az

Rayona gedənlərlə bağlı təcili xəbər: Şöbə rəisi qaydaları açıqladı (VİDEO)

12:2430 İyun, 2020
1617
OXU24 TV
  • A

Rayon qeydiyyatında olanlar da SMS icazə ilə karantin postlarından keçə bilməzlər.

Oxu24.com  Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 2 saatlıq SMS icazə tibbi zərurət və gündəlik tələbat mallarının alınması, eləcə də bank, poçt və digər xidmətlərdən istifadə üçündür. Bu qaydalara məhəl qoymayaraq rayona getməyə cəhd göstərən şəxslər karantin postlarından geri qaytarılacaqlar. Bu tələb təkcə Bakıya yox, sərt karantin rejiminin tətbiq edildiyi digər şəhər və rayonlarda yaşayanlara da aiddir.

Kamran Əliyev bildirib ki, bəzən icazə portalı vasitəsilə ölkədaxili hərəkətinə icazə verilmiş şəxslər öz ailə üzvlərini rayonlara aparmaq istəyirlər. Qaydaya görə icazə yalnız həmiş şəxsə aiddir və digərləri postlardan buraxılmayacaq. Şöbə rəisi həmçinin, rayondan gələn taksilərin postlardan buraxılmamasına da münasibət bildirib.

O qeyd edib ki, həmin şəxslərin Bakıda taksi fəaliyyəti ilə məşğul olmalarına icazə yoxdur. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərqlənmə nişanı olmalıdır. Onlar da şəhər daxilində hərəkət edə bilirlər. Rayonlarda fəaliyyətinə icazə verilən taksilər isə yalnız 2 halda Bakıya sərnişin gətirə bilər.

Digər hallarda isə həm həmin taksilərin gətirdiyi sərnişinlər, həm də onların özləri postlardan buraxılmayacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib