Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34185
az

Azərbaycanlı həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

11:4630 İyun, 2020
635
TİBB
  • A

"Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik olmasını nəzərə alaraq, onun vaksinini tapmağa çalışıblar. O zaman SARS-ı laboratoriya şəraitində mutasiyaya uğradıblar, ancaq saxlaya bilməyiblər və yayılıb".

Oxu24.com  xəbər verir ki, bu fikirləri tanınmış həkim Zülfüqar Yusifov "Yeni Müsavat”a açıqlamasında səsləndirib.

O, SARS, MERS VƏ COVİD-19 viruslarının beta koronavirus ailəsinə aid olduğunu, sadəcə o virusla yeni növ koronavirusun fərqinin yoluxma qabiliyyətinin indi daha çox olduğunu bildirib:

"O zamankı virusun öldürücülük qabiliyyəti yüksək idi. SARS və MERS-in öldürücülük qabiliyyəti 11-35 faiz arasında dəyişib. İndiki koronavirusda isə təxminən 1-3 faiz arasındadır. Ancaq onların yoluxma imkanları, yayılma arealı az olub. Ona görə də, təxminən 7-8 min nəfərə yoluxub və dayanıb. Yeni koronavirusun əvvəlkilərdən fərqi çox yayılmasında və az öldürücü olmasındadır”.

COVİD-19-un SARS və MERS kimi bir neçə aya yoxa çıxması ehtimalına gəlincə, Z. Yusifov bunu çox da mümkün hesab etmir:

"Yoluxma miqyasının genişliyi bu ehtimalları azaldır. Yoluxma o qədər çoxdur ki, bir qrup insanda bitir və digərlərinə keçir. Bu minvalla virus uzun müddət davam edə bilər. Yoluxma tezliyinin intensiv olması, bu virusun uzun müddət davam edə biləcəyini düşünməyə əsas verir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib