Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34184
az

Azərbaycanda 2 vəkil koronavirusa yoluxdu

11:2830 İyun, 2020
430
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iki üzvü yeni növ koronavirusa yoluxub.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

"Bu günə olan məlumata görə 2 vəkilimiz COVID-19-a yoluxub, xəstəliklə mübarizə aparırlar. Onların hər ikisi ilə danışmışam. 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm.

Vəkil Cimnaz Eyubova xanımla biraz olar ki, danışdım, sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur, bütün vəkillərimizin salamını və dəstəyini ona bildirdim, çox sevindi. Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, VK üzvüdür, mübarizdir, güclü iradəyə malikdir, bu xəstəliyə qalib gələcəyinə əminəm.

Böyük vəkil birliyimiz, ailəmiz hər zaman dəyərli vəkillərimizin yanındadır. Allah bütün xəstələrə, o cümlədən, bizim xəstəlikdən əziyyət çəkən vəkillərimizə şəfa versin!" - deyə Kollegiya sədri bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türk Hava Yolları Beyruta uçuşları dayandırdı
İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?
Avqustun ilk günü hava necə olacaq?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib