Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34183
az

AZAL-dan VACİB AÇIQLAMA - ''Karantin bitdikdən sonra ...''

11:1930 İyun, 2020
509
REDAKTORUN SEÇİMİ
  • A

Karantin bitdikdən sonra aviabiletlərin satışı sərnişinlərin istəyinə uyğun olaraq, həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacaq.

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə keçirilən onlayn görüşdə deyib.
O, turizm şirkətlərinin karantin bitdikdən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəyini də vurğulayıb.

Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan E.Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.

E.Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istigamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.

Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını, pandemiya ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə çatdırıb.

R.Hacıyev iyunun 18-dən Azərbaycan Hava Yolları tərəfindən bilet satışının yalnız onlayn qaydada həyata keçirilməsinin əksər turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını da bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib