Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34132
az

Postlardan pul yığıb,insanları buraxan "polis" tutuldu - VİDEO

18:2629 İyun, 2020
736
KRİMİNAL
  • A

Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui-istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan, əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş-çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb, kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib.

Sonuncu belə əməliyyat zamanı o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Z.Əhmədov bundan əvvəl CM-in 178-ci, yəni dələduzluq maddəsi ilə həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıblar.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusarda narkotik bitkilər məhv edilib
Azərbaycanda deputatlığa namizəd adam bıçaqladı
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib