Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34111
az

Hava ilə bağlı XƏBƏRDARLIQ

13:5429 İyun, 2020
547
CƏMİYYƏT
  • A

30 iyunda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Cənub küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 27-31, Bakıda gecə 19-21, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.  

30 iyunda Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin  axşama doğru  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.  

Havanın temperaturu  gecə 15-20, gündüz  30-35, dağlarda gecə 9-14, gündüz  18-23 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türk Hava Yolları Beyruta uçuşları dayandırdı
İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?
Avqustun ilk günü hava necə olacaq?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib