Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
Oxu24.com xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür.
Bir sıra KİV və sosial şəbəkələrdə iyulun 5-dən sonra karantin rejiminin uzadılması ilə bağlı müxtəlif müzakirələr gedir.
Hazırda bir çox vətəndaşı iyulun 5-dən sonra karantin rejiminin tətbiq edilib-edilməyəcəyi maraqlandırır.
Qazet.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. Bildirilir ki, karantin rejiminin yenidən uzadılması Operativ Qərargahın qərarından asılı olacaq.
Oxu24.com
ŞƏRHLƏR